16 fevral 2024 09:25
563

Zubir Avroliqada həftənin ən yaxşısı adına namizəddir

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“İki sahil” xəbər verir ki, onların arasında "Qarabağ"ın oyunçusu Abdullah Zubir də var. 32 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına qarşı səfər matçında dubl edib.

Digər namizədlər isə "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyadır. 

Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində müəyyənləşəcək.