Azərbaycan taekvondo millisi İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.
“İki sahil” xəbər verir ki, yarışın son günündə daha 2 idmançı fəxri kürsüyə qalxıb.
Yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutmuşdu.
Qeyd edək ki, taekvondo millimiz Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda iştirak edəcək. Bu gün startı veriləcək yarış fevralın 19-da yekunlaşacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi