Azərbaycan cüdoçusu Kamran Süleymanov (66 kq) zədə səbəbindən Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.
Bu barədə “İki sahil"ə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.
Qurum rəsmisi bildirib ki, 21 yaşlı cüdoçu məşq zamanı yüngül xəsarət alıb. Yığmanın həkimləri və məşqçilər korpusu gənc idmançının turnirə qatılmamasını qərara alıblar.
Qeyd edək ki, “Böyük Dəbilqə” Milli Gimnastika Arenasında keçirilir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi