Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Fransada Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkətləri vandalizm aktı kimi qiymətləndirib.
“İki sahil” xəbər verir ki, Fond bu barədə bəyanat yayıb.
Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı türk mədəni irs nümunələrinin qorunub saxlanmasına diqqətlə yanaşmağı tələb edir:
"Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş qeyri-etik hərəkəti şiddətlə qınayır, bunu qədim və zəngin ümumtürk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndiririk".
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb