Əli Əsədov fevralın 16-da Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Əli Əsədova zəng edib.
Mişustin Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb