Azərbaycanın 4 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində medal şansını davam etdirir.
“İki sahil” xəbər verir ki, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Aydan Vəliyeva (52 kq) bu gün bürünc mükafat uğrunda görüşə çıxacaqlar.
Balabəy Ağayev (60 kq) - Kamoliddin Baxtiyarov (Özbəkistan)
Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)
Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)
Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)
Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz nəticə göstərib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi