Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb.
“İki sahil” xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb.
"Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq", - deyə o əlavə edib.
Forumun açılış mərasiminə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi