Misli Premyer Liqasının 23-cü turunda “Zirə”ni qəbul edəcək "Neftçi"nin heyətində itkilər var.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında zədələnən Andre Şinyaşiki fərdi olaraq hazırlıq keçir.
Uzun müddətdir zədəli olan İvan Brkiçin növbəti həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi