“Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Ordumuzun silahlanmasına daxil edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.