22 fevral 2024 12:10
531

Dilana 8 il 4 ay, Enginə isə 11 ilə qədər həbs cəzası... FOTO

Türkiyədə bir çox gözəllik mərkəzlərinin sahibləri olan, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olan Dilan və həyat yoldaşı Engin Polat çirkli pulların yuyulması, vergidən yayınma da daxil olmaqla 4 müxtəlif cinayət işində ittiham olunurlar.

“İki sahil” Türkiyənin “Sabah” nəşrinə istinadla xəbər verir ki, Türkiyə prokurorluğu 4 müxtəlif cinayət işindən biri ilə bağlı araşdırmanı yekunlaşdırıb.

Məlum olub ki, Dilan və Engin Polatlar ötən il iyunun 2-də evlərinə parti veriblər. Bu isə onlral qonşuları arasında dava-dalaş yaradıb. Nəticədə Polatlar qonşunun evinə hücum ediblər. Prokurorluq bu iş üzrə Dilana 8 il 4 ay, Enginə isə 11 ilə qədər həbs cəzası istəyib.

Nüsrət Məmmədov, "İki sahil"