22 fevral 2024 12:50
584

İzmirdə ŞOK OLAY: Qapının zəngini basıb gizləndi, qapını açan babasını güllələdi... 

İzmirin Bayraklı rayonunda qapının zəngini vuraraq gizlənən nəvə (17) qapını açan 74 yaşlı babasının yanına qaçaraq tapança ilə onun ayağına atəş açıb.

“İki sahil” "CNN Türk"ə istinadla xəbər verir ki, hadisə anı təhlükəsizlik kamerasına əks olunub və şübhəli polislər tərəfindən saxlanılıb. 

İlkin tibbi yardım göstərilən 74 yaşlı qocanın müalicəsi Ege Universiteti Xəstəxanasında aparılıb.

Günel Cəlilova, "İki sahil"