23 fevral 2024 12:25
446

Yuxu kimi sonluq...

“Qarabağ”ın UEFA Avropa Liqasında Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanması Türkiyə mətbuatının da diqqət mərkəzinə düşüb.

“İki sahil” xəbər verir ki, qardaş ölkə mediası Azərbaycan çempionunun tarixi zəfərinə geniş yer ayırıb.

Onların arasından ən maraqlı sərlövhələri təqdim edirik:

“Beinsports”: “Qarabağ”dan inanılmaz geridönüş”.

“Ajansspor”: “Nağıl kimi: “Qarabağ” UEFA Avropa Liqasında “Braqa”nı mübarizədən kənarlaşdırdı”.

“Sözcü”: “Qarabağ” Avropa Liqasında tarix yazdı”.

“Milliyet”: “Qarabağ” “Braqa” maneəsini əlavə vaxtda aşdı”.

“Haber Global”: “Qarabağ” “Braqa”nı devirərək UEFA Avropa Liqasında tarix yazdı”.

“Akşam”: “Qarabağ”dan tarixi nailiyyət”.

“Mynet”: “Qarabağ” tarix yazdı! Avropa Liqasında möcüzəvi nəticə”.

“NTV Spor”: “Yuxu kimi sonluq: “Qarabağ” “Braqa”nı əlavə vaxtda keçdi”.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.