15 fevral 2018 20:54
1215

Hərbi attaşelər MSN-nin zavodlarında olub

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olublar

Fevralın 15-də xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” və “Araz” zavodlarında olublar.

Nazirlikdən bildiriblər ki, tanışlıq məqsədilə keçirilən tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib.

Hərbi attaşelərə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib. Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirən qonaqlar istehsal prosesini yaxından izləyiblər.

Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.