Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “İrina Deleanu Cup”da iki medal qazanıb.
“İki sahil” xəbər verir ki, idmançı beynəlxalq turnirində topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.
Yığmanın digər üzvü Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.
Qeyd edək ki, Sofiya Məmmədova və Nəzrin Abdullayevanın da heyətində mübarizə apardığı gənclərdən ibarət Azərbaycan millisi “İrina Deleanu Cup”da komanda hesabında ikinci yeri tutub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi