Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Biz dərin hörmət və hüznlə Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdik. Bolqarıstanın Baş Müftiliyi ilə birgə keçirilmiş anım mərasimində Baş müfti Xocalı qətliamı ilə bağlı xütbə söylədi. Soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna dualar oxunub”, - diplomat paylaşımında qeyd edib.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib