Türkiyə Superliqasında çıxış edən "Pendikspor" baş məşqçisi İvu Vieyra ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb.
Portuqaliyadan olan 48 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.
Qeyd edək ki, "Pendikspor" 27 turdan sonra 26 xalla 19-cu pillədə qərarlaşıb. İvu Vieyra ötən ilin oktyabrında baş məşqçi təyin edilmişdi.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi