Aımaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yarandığını deyib.
“İki sahil” xəbər verir ki, bunu səfir fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nümayəndə heyətinin adından çıxış edən səfir qeyd edib ki, sülh müqaviləsinin imzalanması sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır.
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər