Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Türkmənistan arasında enerji sahəsində Anlaşma Memorandumunun imzalandığını bildirib.
“İki sahil” xəbər verir ki, Alparslan Bayraktar bu barədə özünün sosial şəbəkə hesablarında yazıb.
Memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Antalyada Diplomatiya Forumu çərçivəsində imzalanıb.
“Sənəd ölkələrimizin əməkdaşlığına töhfə vermək məqsədi daşıyır və təbii qaz sahəsində birgə iş üçün zəmin yaradır. Memoranduma atılan imzalar Türkmənistan qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çatdırmaq niyyətimizin təzahürüdür”, – deyə A.Bayraktar qeyd edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir