Almaniyanın “Bavariya” komandası Bundesliqa tarixində ilkə imza atıb.
“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirən birinci klub olub. Bunlardan 1189-u komandanın qələbəsi ilə yekunlaşıb.
“Bavariya”nın ötən gün “Frayburq”la (2:2) oynadığı matç onun Bundesliqa tarixində 2 mininci oyunu olub.
Qeyd edək ki, hazırda “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 61 xalla Leverkuzenin “Bayer”i rəhbərlik edir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi