Türkiyə Superliqasında 28-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə "Fənərbaxça"nı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Hatayspor" - "Fənərbaxça" - 0:2
Qollar:Osayi-Samuel, Cengiz Ünder, 40
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.
"Hatayspor" 28 turdan sonra Superliqanın turnir cədvəlində 29 xalla 16-cıdır. "Fənərbaxça" isə 73 xalla (28 oyun) 1-ci yerə yüksəlib. Ancaq 72 xalı (27 oyun) "Qalatasaray" bu turda "Beşiktaş"a qalib gəlsə, yenidən liderliyi bərpa edəcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi