Argentina millisinin ulduz futbolçusu Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.
“İki sahil” xəbər verir ki, 37 yaşlı hücumçunun yubileyi "Orlando Siti"yə 5:0 hesabı ilə qalib gəldikləri MLS çempionatı matçında reallaşıb.
Təcrübəli forvard bu görüşdə iki dəfə fərqlənməklə dubl edib. O, "Barselona"da çıxış edərkən İspaniya La Liqasında 474, PSJ-nin formasını geyinərkən Fransa Liqa 1-də 22 qola imza atıb. Messinin MLS-də isə 4 qolu var.
Qeyd edək ki, Lionel Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub, 722 qol və 345 məhsuldar ötürmə ilə yadda qalıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi