“İdman həftəsi” çərçivəsində martın üçündə “Qürurla irəli!” şüarı ilə Xankəndi - Bakı ultramarafonunun dördüncü mərhələsi keçirilib.
17 nəfərin iştirakı ilə Hacıqabuldan start götürən dördüncü mərhələ 70 kilometr məsafəni əhatə edərək Qobustanda başa çatıb.
17 nəfərin hamısının finişə çatdığı dördüncü mərhələdə kişilər arasında Artyom Əliyev (Azərbaycan) birinci, Yadigar Hüseynov (Azərbaycan) ikinci, Murat Kaya (Türkiyə) üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.
Oxu.Az
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi