08 fevral 2018 20:29
1470

Azərbaycan Rusiyadan aldığı hərbi texnikaları işə saldı

Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.