12 mart 2024 16:31
415

Novruz bayramına hazırlıq işləri davam edir

Bakıda Novruz bayramına hazırlıq tədbirləri həyata keçirilir.

“İki sahil” xəbər verir ki, paytaxtın müxtəlif hissələrində, parklarda, küçə və prospektlərdə, tarixi abidələrin ətrafında Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səmənilər quraşdırılıb.

Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si, Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.