13 mart 2024 10:39
432

Səbinə Xasayeva Yeni Yasamalda vətəndaş qəbulu keçirib - FOTO

2024-cü il martın 12-də  12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal  rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində  bir qrup vətəndaşı  fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Yeni Yasamal yaşayış massivində ( Dadaş Bünyadzadə, Məhəmməd Xiyabani, Əsəd Əhmədov və digər küçələrdə)  səki olmayan hissələrdə səkinin qurulmasına,çirkab suların axıdılması üçün kanalizasiya sisteminin yenidən qurulmasına və bərpa edilməsinə, Yeni Yasamal parkında vətəndaşların yağışlı-çiskinli və qarlı vaxtlarda təhlükəsizliyinin təmin edilməsi üçün  parkın girişinə döşənmiş mərmər örtüyü sürüşkən olduğuna görə  dəyişdirilməsinə,   Xarici Dairəvi yolu 22 ünvanda və Əsəd Əhmədov küçəsi istiqamətində olan yolda təhlükəsizlik dirəklərinin(tumbaların) quraşdırılmasına, sözügedən ünvanda piyadaların rahat və fasiləsiz hərəkət etmələri  üçün  yaradılmış  süni manelərin avtomobil tərəfindən zədələnməsi və qanunsuz olaraq park edilməsi səbəbindən  sürücünün  məsuliyyətə cəlb edilməsi üçün  müvafiq  tədbirin görülməsinə, orada təhlükəsizlik kamerasının quraşdırılmasına, vətəndaşların hüquqlarının qorunmasında qanunlara ciddi əməl edilməsinə, əhalinin sosial təminatının yaxşılaşdırılmasına və digər problemlərin aradan qaldırılmasına  köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət  vəkili Səbinə  Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Yasamal  rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhrad  Hacıyev və Yasamal  rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Abdullayev iştirak ediblər.