19 mart 2024 20:35
507

Culfada Novruz bayramı qeyd edilib  FOTO

Culfa Rayon Mədəniyyət Sarayında Novruz bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların  kollektivləri, iştirak ediblər.