20 mart 2024 15:08
515

Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur

Hhazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları müşahidə kameraları vasitəsi ilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar.

Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək.