Martın 27-də Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Salyan sakinlərinin problem və təklifləri dinlənilib.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov iclasda iştirak edən rayon icra strukturlarının rəhbərlərinə vətəndaşların təklif və problemlərinə diqqətlə yanaşmağı, vətəndaş məmnuniyyətinin qazanılmasına çalışmağa nail olmalarını tövsiyə edib.
Qəbulda bəzi vətəndaşların sosial problemlərinin və təkliflərinin Salyan rayonunun daxili imkanları hesabına həlli istiqamətində addımlar atılıb. Eyni zamanda, bildirilib ki, digər təklif və problemləin həlli üçün respublikanın müvafiq dövlət təşkilatlarına müraciətlər ünvanlanacaq.
Görüş ümumilikdə qarşılıqlı anlaşma və hörmət çərçivəsində yekunlaşıb.
Elçin Zaman, "İki sahil"