28 mart 2024 09:46
420

Naxçıvanda avtomobil yolunda uçqun olub

Naxçıvanda avtomobil yolunda uçqun olub.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Əraziyə Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.