İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 9-da, 16-da, 23-də və 30-da keçirəcəyi hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi (ümumilikdə 163 dövlət əmlakı) çıxarılacaq.
"İki sahil" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ucar İnşaat Xidmət”, “Əli Bayramlı Konserv”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 25 676 - 838 868 manat arasında dəyişir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi Ağstafa rayonundakı "Qərb Tekstil" MMC-dir. İnvestorlara 1 710 500 manat ilkin qiymətlə təklif olunan müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.
Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya, İtaliya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1978-2018-ci illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb