“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə,Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb