Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb: “Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".
#BMT-nin İnkişaf Proqramının (@UNDP) #Azərbaycan-dakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo (@AleRoccasalvo) ilə görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 29, 2024
– Dayanıqlı inkişaf üçün maliyyələşmə… pic.twitter.com/4p3TpG7zMo
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb