Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı daha əvvəlki ayla müqayisədə 102 min ədəd artaraq 17 milyon 343 min ədəd təşkil edib.
“İki sahil”in Azərbaycan Mərkəzi Bankına istinadən xəbərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.7% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.3%, kredit kartları üzrə 20.2% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 150 min, kredit kartları 381 min, digər kartlar isə 2.9 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2024-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5,468 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,562 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 897 mln. manatı POS-terminallar, 8.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb