Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim fəaliyyəti sahəsində əməkdaşlıq imkanlarını, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin məqsəd və prinsiplərinə nail olmaq üçün birgə fəaliyyətə dair məsələləri müzakirə edib.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, müzakirələr Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü zamanı aparılıb.
Nazirlər, həmçinin Krallığın iqlim dəyişikliyinin təsirləri ilə bağlı səylərə və təşəbbüslərə diqqət yetiriblər. Nəzərdən keçirilən təşəbbüslərə bərpa olunan enerji mənbələrindən istifadə, “Saudi Green” və “Middle East Green” kimi təşəbbüslər vasitəsilə emissiyaların idarə edilməsi, azaldılması və təmizlənməsi, digər milli və regional proqramları daxildir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb