Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılmışdır. Elektrik avtobusu “BakuBus”un istismarında olan 5 nömrəli marşrut xəttində hərəkət edir. Uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
"İki sahil"in "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətə istinadən xəbərinə görə, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir.
"34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir", - deyə "BakuBus" MMC-nin məlumatında bildirilib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb