Ukrayna hökuməti Dünya Bankından 1,5 milyard dollarlıq maliyyə dəstəyi alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, həmin vəsait əsasən sosial xərcləri ödəmək üçün nəzərdə tutulub. Dünya Bankının transferinin üçdə ikisini Yaponiya, üçdə birini isə Böyük Britaniya maliyyələşdirəcək.
Bu arada Rusiya silahlı qüvvələri Odessa şəhərinə yenidən raket zərbələri endirib. Raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulsa da, qırıntılar şəhər ərazisinə düşüb. Hakimiyyət orqanları hücum zamanı beş nəfərin yaralandığını bildirib.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna tərəfinin Belqorod vilayətinə PUA hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb