30 mart 2024 15:20
444

Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal Hüseynov saxlanılıb. Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə bildirilib ki, C.Hüseynov narkotik vasitəni satış məqsədi əldə etdiyini bildirib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.