30 mart 2024 16:28
692

Türkiyədə TIR minik avtomobilinin üzərinə aşıb - FOTO

Türkiyənin Çankırı əyalətinin Çerkeş rayonunda Yük maşınının (TIR) minik avtomobilinin üzərinə aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

Bildirilib ki, hadisə İstanbul-Samsun avtomobil yolunun Göynükcukuru kəndindən keçən hissədə baş verib.