Hazırda Azərbaycan təkcə boru kəməri vasitəsilə təbii qaz ixracına deyil, həm də mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü imkanlarına diqqət yetirir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
“Azərbaycan Avropaya qaz nəqli marşrutlarına çıxışı təmin etmək üçün tərəfdaş ölkələrlə işləyir. Dəniz külək enerjisini də bərpa olunan enerji mənbələrindən istifadədə perspektivli sahələrdən biri hesab edirik”, - o vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizində istehsal edilən “yaşıl enerji” onların istifadəsi imkanları qiymətləndirildikdən və öyrənildikdən sonra Avropa və regional enerji bazarlarına tədarük olunacaq.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb