Azərbaycan hökuməti rumıniyalı investorları Ələt Azad İqtisadi Zonasında (AFEZ) fəaliyyət göstərməyə dəvət edir, bu onlar üçün Azərbaycanda maksimum əlverişli biznes ərazisi olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında deyib.
V.Ələsgərov AFEZ-in fəaliyyətinin yeni cəlbedici məqamı qismində 2026-cı ilin birinci yarısından azad iqtisadi zonanın (AİZ) ərazisində yük terminallarının istismara verilməsini qeyd edib. Başlanğıc mərhələdə bu terminalların köməyilə 500 min ton yük daşıncaq, gələcəkdə isə bu həcm təqribən 1,5 milyon tona qədər artırılacaq.
"Rumıniyanın istənilən təklifini dəyərləndirməyə hazırıq və innovativ texnologiya və yanaşmalardan istifadə edəcək, eləcə də ixracyönümlü yüksək əlavə dəyərin yaradılması ilə məşğul olacaq investorlara üstünlük verəcəyik", - deyə o əlavə edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb