Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyyə Mehralıyevaya Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vəzifə verilib.
“İki sahil” xəbər verir ki, o, Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Ü.Mehralıyeva 1988-ci ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb