Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib