Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm vilayətindən 49,8 min kubmetr meşə məhsulları idxal edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə (41,4 min kubmetr) 20 % çoxdur.
Məlumata görə, bu ilin mart ayında "Rosselxoznadzor"un Kirov vilayəti, Udmurt Respublikası və Perm diyarı üzrə departamenti Azərbaycana ixrac üçün nəzərdə tutulan 18,9 min kubmetr meşə məhsuluna karantin fitosanitar nəzarəti həyata keçirib.
Ağac məmulatlarının nümunələri seçilərək "VNIIKR" Federal Dövlət Büdcə Təşkilatının Perm şöbəsinə təhvil verilib. Laboratoriya müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlərin olmadığı təsdiq edilib və 178 fitosanitar sertifikat verilib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb