Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək sosial media hesabından mühüm açıqlamalar verib.

M.Şimşək açıqlamasında bu ifadələri bildirib: “Gəlirlər İdarəmiz, inzibati qeydlər (mülkiyyət sənədi, MERNİS və s.) və texnoloji imkanlarından ən yüksək səviyyədə istifadə edərək icarə gəliri əldə edən, lakin bəyannamə verməyən vergi ödəyicilərinin müəyyən edilməsi istiqamətində işini davam etdirir.
Yoxlama planına daxil etdiyimiz 1,2 milyon daşınmaz əmlakdan bu günə qədər təxminən 420 minini yerində təsbit etdik. Sahə yoxlamalarımızı davam etdiririk və vergi ödəyicilərimizi məlumatlandırırıq.
2023-cü il üçün güzəşt məbləği olan 21 min TL-dən çox kirayə gəliri olan vergi ödəyicilərimizə hər hansı sanksiyanın tətbiq olunmamaları üçün bəyannamələrini aprelin 5-dək təqdim etməli olduqlarını xatırladırıq. Biz ədalətli rəqabət və maliyyə intizamı üçün qeyri-rəsmiliyə qarşı mübarizəni gücləndiririk.”
Orxan Vahidoğlu, "İki sahil"
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb