İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.
Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.
Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb