Rusiyanın “IrAero” aviaşirkəti aprelin 4-dən Ufa hava limanından Bakıya uçuşları bərpa edəcək.
“İki sahil” aviadaşıyıcıya istinadən xəbər verir ki, Ufa-Bakı marşrutu üzrə uçuşlar cümə axşamı günləri "Superjet-100" təyyarəsi ilə həyata keçiriləcək.
Qrafikə əsasən, təyyarə Ufadan Bakıya yerli vaxtla saat 11:00-da yola düşəcək və saat 12:40-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 2 saat 40 dəqiqədir.
Uçuşlar cari ilin aprelin 4-dən oktyabrın 24-dək müddətdə həyata keçiriləcək.
Ufa hava limanından verilən məlumata görə, Ufadan Bakıya uçuşlar həmçinin “Azerbaijan Airlines” (AZAL) və “Utair” şirkətləri tərəfindən həyata keçirilir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb