29 mart 2024-cü il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti tərəfindən ADA Universitetində təhsil alan tələbələr üçün təqdimat keçirilib.
“İki sahil” xəbər verir ki, təqdimat zamanı Bakı Fond Birjasının fəaliyyəti, təklif edilən məhsul və xidmətlər, Azərbaycanın kapital bazarı və onun inkişafı perspektivləri haqqında tələbələrə məlumatlar verilib.
Tədbirin keçirilməsində məqsəd tələbələrin Bakı Fond Birjasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, iş yeri və gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.
Qeyd edək ki, 29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb