2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
“İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.6% və ya 2.6 milyon dollar çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında Azərbaycana 16 milyon 659 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.79% təşkil edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.9% çoxdur.
Bu dövrdə mebel istehsalı idxalını 28% üstələyib.