Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Aşağı Daşkəsən kənd ərazi partiya təşkilatında yeni sədrin və sədr müavinin seçilməsi üçün yığıncaq keçirilib.
YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev iştirak etdiyi tədbirdə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Duman Bayramov sədr, Dilqəm Cəfərov isə sədr müavini seçilib.
Çıxış edən Elşən Alıyev və başqaları cari ildə keçirilən prezident seçkilərində Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin möhtəşəm Qələbəsindən, ölkəmizin günü-gündən artan inkişafından və beynəlxalq aləmdəki nüfuzundan geniş söhbət açıblar.
Cavid Əkbərov, "İki sahil"