Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.
"Bu gün biz iqlim dəyişikliyinə kosmosdan baxış adlı elektron platformanı ictimaiyyətə təqdim edirik. Yeni platforma iki dildə olmaqla 5 bölmədən ibarətdir. Platformanın əsas məlumat mənbəyi "Azersky" peyki olub. Platformada göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək", - deyə o qeyd edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb